
BAKI, 22 mart. TELEQRAF
İsrail Livan tərəfindən açılan atəşə sərt cavab verəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu mətbuat xidmətindən bildirilib.
"Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, bu səhər Livan tərəfindən edilən raket hücumundan sonra vəziyyəti qiymətləndirib. Ordu səhərki hücuma sərt cavab verəcək. Livan dövləti atəşkəs razılaşmasına əməl edilməsinə cavabdehdir", - məlumatda bildirilib.
Xatırladaq ki, Livan səhər saatlarında İsraillə sərhəd yaxınlığında yerləşən Metula kəndinə doğru atəş açıb.