
BAKI, 20 mart. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul meri Əkrəm İmamoğlunu həbs etməklə hökumətin “çevriliş cəhdi” həyata keçirməsinə dair Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən irəli sürülən ittihamları rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında bildirib.
“Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl bizi çevrilişdə ittiham edə bilməz” - Ömər Çelik vurğulayıb.
O, müxalifət liderini irəli sürülən ittihamları sübut etməyə çağırıb.
Hakim partiyanın nümayəndəsi, həmçinin İmamoğlu barəsində qaldırılan işin məzmunu ilə bağlı məlumatı olmadığını bildirib.
Xatırladaq ki, daha əvvəl müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl Türkiyə hökumətini İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasında ittiham edib.