BAKI, 20 mart. TELEQRAF

ABŞ-nin tətbiq etdiyi sanksiyalar ləğv edilsə, Türkiyəyə F-35 döyüş təyyarələrinin tədarükü mümkün ola bilər.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

ABŞ-nin Türkiyəyə qarşı sanksiyalarına toxunan qurum rəsmisi bunun müttəfiqliyə yaraşmadığını bildirib:

“ABŞ-nin (Türkiyənin Rusiyadan) S-400 sistemi aldığını əsas gətirərək tətbiq etdiyi CAATSA sanksiyalarına görə, ölkəmiz qeyri-qanuni olaraq F-35 proqramından çıxarılıb. Dəfələrlə bəyan etmişik ki, müttəfiqlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsini düzgün hesab etmirik. CAATSA sanksiyaları qaldırılarsa, F-35 satınalma prosesinə qayıdış nəzərdən keçiriləcək”.

Aktürk ABŞ-dən F-16 döyüş təyyarələrinin tədarükü prosesinin davam etdiyini də açıqlayıb:

“F-16 təyyarələrinin tədarükü layihəsi ABŞ-nin maraqlı tərəfləri ilə koordinasiya əsasında həyata keçirilir”.