BAKI, 18 mart. TELEQRAF

Qazaxıstanın Xarici İşlər Nazirliyi ABŞ-nin fəaliyyəti dayandırılmış Beynəlxalq İnkişaf üzrə Federal Agentliyi (USAİD) tərəfindən təqdim edilən layihələrin məqsəduyğunluğunu öyrənmək üçün xüsusi işçi qrupu yaradıb.

Teleqraf xəbər ki, bu barədə sənəd respublika parlamentinin rəsmi saytında dərc edilib.

Audit keçirmək təşəbbüsü iqtidar partiyası AMANAT-ın deputatlarından gəlib. Onlar xaricdən gələn maliyyə vəsaitlərinin alıcıları və istifadəsi barədə tam məlumatın açıqlanmasını tələb ediblər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, hazırda Qazaxıstanda USAİD tərəfindən 28 uzunmüddətli proqram həyata keçirilir. Bu proqramlara təxminən 26 milyon dollar ayrılıb. Lakin gerçək rəqəmlərin daha yüksək ola biləcəyi bildirilib.