BAKI, 7 mart. TELEQRAF

Ukrayna faydalı qazıntılarla bağlı sazişdən imtina etdiyi təqdirdə ABŞ Ukraynanın dövlət rəsmiləri ilə bağlı korrupsiya faktlarının ifşa olunacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

"ABŞ Kiyevi məmurlar arasında korrupsiya halları ilə bağlı açıqlama verməklə hədələyib. Ağ Ev hətta Prezident Volodimir Zelenskini əsas siyasi rəqibi, general Valeriy Zalujnı ilə əlaqə saxlayıb", - məlumatda qeyd edilir.

Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenski ilə Donald Tramp görüşsə də sazişin imzalanması mümkün olmayıb.