
BAKI, 18 fevral. TELEQRAF
Rusiya İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehranı dəstəkləməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Moskva İranla yaxşı münasibətlərə böyük əhəmiyyət verir və onları hərtərəfli inkişaf etdirməyi, o cümlədən nüvə proqramı kimi mühüm məsələlərin həllinə kömək etməyə hazırdır", - Peskov qeyd edib.