BAKI, 16 fevral. TELEQRAF

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək zirvə görüşünün xüsusi əhəmiyyət kəsb etdiyini və bu görüşün ciddi hazırlıq tələb etdiyini bildirib.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, Dmitri Peskov bunu VGTRK-nın jurnalisti Pavel Zarubininə verdiyi müsahibəsində deyib.

"Normal diplomatik əlaqələr və daimi dialoqlar olsaydı belə bir görüş daha az hazırlıq tələb edərdi.İsənilən halda iki prezidentin görüşü üçün xüsusi hazırlıq və müzakirələrə ehtiyac var", - Peskov qeyd edib.

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. İki lider arasında söhbət təxminən bir saat yarım davam edib.