BAKI, 16 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin xarici liderlərlə telefon danışığı apararkən yanında heç kim olmur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubininə verdiyi müsahibədə deyib.

Peskov bildirib ki, o, bəzi hallarda köməkçilərini də dəvət edir:

"Prezident telefonla danışıq apararkən ona heç kim onun yanında olmur. Köməkçilər yalnız müzakirə ediləcək mövzulara uyğun olaraq dəvət olunur".

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. İki lider arasında söhbət təxminən bir saat yarım davam edib.