BAKI, 16 fevral. TELEQRAF

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fövqəladə iclas keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək”, - XİN-in bəyənatında bildirilir.

Danışıqlar fevralın 16-da səhər saatlarında baş tutacaq. Toplantıda hansı məsələlərin müzakirə olunacağı barədə məlumat verilməyib.