BAKI, 9 fevral. TELEQRAF

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkənin strateji maraqlarına xidmət etmir və Çinin təsirini cilovlamaq vəzifəsini yerinə yetirmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals NBC telekanalına müsahibəsində bildirib.

“USAID missiyaları və proqramları çox vaxt ABŞ-nin strateji maraqları ilə ziddiyyət təşkil edir", - o deyib.

O bildirib ki, təşkilat ABŞ Prezidenti Donald Trampın niyyətinə uyğun olmayan “hər cür başqa şeylər” edib.

Mayk Vals qeyd edib ki, USAİD-in vəsaitlərinin yalnız bir hissəsi ehtiyacı olan insanlara xərclənib:

“Pul səmərəsiz xərclənir və bu məsələyə diqqətlə baxmaq lazımdır", - o açıqlayıb.