BAKI, 8 fevral. TELEQRAF

8 dekabr 2024-cü ildə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 270 min qaçqın ölkəyə geri qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəsi Qonzalo Varqas Llosa "X" sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, suriyalı qaçqınların dörddə birindən çoxu qarşıdakı 12 ay ərzində geri qayıtmağı planlaşdırır.

Llosa açıqlayıb ki, geri qayıtmaq üçün ən böyük maneələr mülkiyyət hüquqları, təhlükəsizlik, əsas xidmətlərə çıxış və iqtisadi çətinliklərlə bağlıdır.