
BAKI, 8 fevral. TELEQRAF
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə yanaşı, digər strukturların, o cümlədən Pentaqonun xərclərini yoxlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“İlon əla iş görür, o, dəhşətli fırıldaqçılıq və korrupsiya ilə üzləşir. Siz bunu USAID-in timsalında görürsünüz, ancaq hökumətin digər hissələrində, digər agentliklərdə də bunu görəcəksiniz”, - Ağ Ev rəhbəri bildirib.