BAKI, 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyini (USAID) saxtakarlıq və korrupsiyada ittiham edib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşündən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"USAİD-də pulun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir. Onun büdcəsinin hər bəndinə baxanda ya korrupsiya, ya da gülünc bir şey görürəm", - o deyib.

ABŞ administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb.