ABŞ Prezidenti Donald Trampın administrasiyası hökumət aparatının miqyasını azaltmaq siyasəti çərçivəsində Təhsil Departamentini ləğv etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda rəhbərlik Təhsil Nazirliyinin tamamilə ləğvini və ya bəzi funksiyalarının başqa şöbələrə verilməsini nəzərdə tutan fərmanı nəzərdən keçirir. Bundan başqa, sənəd nazirliyin ləğvi ilə bağlı qanun layihəsinin hazırlanmasını nəzərdə tutur.
Hazırda prezidentin müşavirləri fərmanın təfərrüatlarını və imzalanma vaxtını müzakirə edirlər.
Xatırladaq ki, hələ ilk səlahiyyət müddətində Tramp Təhsil Departamentini Əmək Departamenti ilə birləşdirməyi təklif etmişdi, lakin Konqres buna qarşı çıxıb.