Türkiyə silahlı qüvvələri mənsubları İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyat həyata keçiriblər.

Teleqraf.com xəbər verir ki, İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində, Suriyanın şimalında isə "Barış Pınarı" və Münbiç bölgələrində 9 terrorçu zərərsizləşdirilib.

Məlumatda “Pençe-Kilit”də PKK-ya aid 4, "Barış Pınarı" və Münbiç bölgələrində isə 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.