Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, son 4 gündə ölkə üzrə keçirilən etirazlar ölkə konstitusiyası çərçivələrindən çıxmır.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifət və ictimaiyyət nümayəndələri ilə keçirdiyi məsləhətləşmələrdə razılığa gəlinib ki, etirazlara hər hansı bir müdaxiləyə ehtiyac yoxdur.

“Vətəndaşların etirazı öz kortəbiiliyi, azadlığı və özünütəşkili ilə olduğu kimi qalmalıdır, onun heç bir siyasi partiyanın və ya mənim müdaxiləmə ehtiyacı yoxdur. Etirazın dəstək və müdafiəyə ehtiyacı var”, - S.Zurabişvili deyib.