Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənədin bir sıra məqamları açıqlanıb.

Nüvə doktrinasının əsas müddəaları bunlardır:

Nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzü birgə hücum kimi qiymətləndiriləcək;

Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması və qətiyyəti nüvə gücünün qarşısının alınmasını təmin edəcək;

Rusiya özü və Belarusun suverenliyi və ərazi bütövlüyünə kritik təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilər;

Yenilənmiş nüvə doktrinası nüvə gücünün qarşısının alınmasının həyata keçiriləcəyi düşməni müəyyən edir;

Nüvə silahından istifadə şərtlərinə Rusiyaya qarşı ballistik raketlərin tətbiqi daxildir;

Rusiyaya qarşı təcavüz üçün ərazi və resursların verilməsi belə bir dövlətin nüvə gücünün qarşısının alınmasının əsasını təşkil edir.