Rusiyada Qərb dövlətlərinə qarşı qoyulmuş qida embarqosunun vaxtı uzadılıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, beynəlxalq sanksiyalara cavab olaraq 2014-cü ildən tətbiq edilən xüsusi iqtisadi tədbirlər 2026-cı il dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Rusiya sanksiyalara cavab olaraq ərzaq embarqosu tətbiq edib.