Fransada iki "Rafale" döyüş təyyarəsi havada toqquşub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kolombe-les-Belles şəhəri yaxınlığında baş verib.

Qəza zamanı pilotlardan biri katapult edib. Digər təyyarədə olan pilot və tələbənin axtarışları davam etdirilir.