London Qəzza zolağında girovların axtarışında İsrail Müdafiə Qüvvələrinə (IDF) kömək etmək üçün havadan kəşfiyyat vasitələrindən istifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin bəyanat yayıb.
Böyük Britaniya Müdafiə Nazirliyi Şərqi Aralıq dənizi regionunda, o cümlədən İsrail və Qəzza zolağı üzərindəki hava məkanında kəşfiyyat uçuşları həyata keçirməyi planlaşdırır.
Müdafiə Nazirliyi girovların xilas edilməsi ilə bağlı məlumatların bu işə cavabdeh olan səlahiyyətli orqanlara göndəriləcəyini vurğulayıb.
ID-nin məlumatına görə, HƏMAS radikal islam hərəkatının silahlıları 136 nəfəri girov saxlamaqda davam edir.
Dekabrın 2-də İsrail HƏMAS-ın 17 girovu geri qaytarmaqdan imtina edərək Qəzzadakı fasiləni pozduğunu elan etdi.