Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilovun Krım körpüsünə hücumlarda Ukraynanın əli olması ilə bağlı sözlərini “daha ​​bir təsdiq” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Əslində belə bir məlumatımız var idi, bunu bilirdik. Buna görə də, bu daha bir təsdiq oldu",- deyə Kreml sözçüsü bildirib.