Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Antakya şəhərindən 25 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə olub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.