Suriya Səhiyyə Nazirliyi ölkədə zəlzələ nəticəsində ölənlərin sayının 1408-ə yüksəldiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında yazıb.

Məlumatda bildirilir ki, ​​hazırda qurbanların sayı 2341 nəfərdir.

Qeyd edək ki, Suriya hökumətinin ölkənin dağıdıcı zəlzələdən zərər çəkmiş bütün bölgələrinə, o cümlədən Dəməşqin nəzarətində olmayan bölgələrinə humanitar yardım göndərmək qərarına gəldiyi bildirilib.

Suriya prezidenti Bəşər Əsəd dağıdıcı zəlzələdən sonra ölkədə kritik vəziyyətin yarandığını vurğulayıb.