Rusiya Federasiyasının Saratov vilayətində yerləşən Engels aerodromuna hücum olub.

Teleqraf.com xəbər verir ki, naməlum dronlar Rusiyanın strateji təyyarələrinə hücum edir.

Ukraynalı jurnalist Roman Boçkalanın sözlərinə görə, hücum dekabrın 5-nə keçən gecə baş verib. Ruslar bildirirlər ki, Ukraynadan 800 km-dən çox məsafədə yerləşən aerodrom pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

“Engels aerodromunda Rusiyanın iki Tu-95 təyyarəsi zədələnib”, - Boçkala yazıb.