Rusiya Prezidenti Vladimir Putin Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə mütləq vidalaşacaq.

Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Jirinovski ilə mütləq vidalaşacaq”, - Peskov jurnalistlərə prezidentin cümə günü Jirinovski ilə vidalaşmağa gəlməyi planlaşdırıb-qalmayacağı sualına cavab verərkən deyib.

V.Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra aprelin 6-da 76 yaşında vəfat edib.