Rusiya Belarusa göndərdiyi S-400 hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib.

Bildirilib ki, "Müttəfiqlik qətiyyəti-2022" təlimləri çərçivəsində Belarusda yerləşdirilən S-400 hava müdafiə sistemləri aktiv vəziyyətə gətirilib.

Təlimlər əsasən Ukrayna və Polşa ilə sərhəddə keçirilir.