İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

10:43

İranda 4,5 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar İranın Fars əyalətinin Cuyəm bölgəsində qeydə alınıb.

Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.