Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Kreml rəsmisi bildirib ki, Putinlə Paşinyan arasında Rusiyada şəxsi görüş hazırlanır.
Xatırladaq ki, bir müddət əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Putinlə Paşinyan arasında görüşün yaxın gələcəkdə baş tutacağını bildirmişdi.