Fransa və İtaliya sərhəddində yerləşən Alpların və Avropa qitəsinin ən yüksək dağı Monblana (4 807 metr) ekspedisiya təşkil edən mütəxəssislər dağın 2017-ci illə müqayisədə 91 santimetr qısaldığını müəyyən ediblər.
Teleqraf.com xəbər verir ki, 2017-ci ildə həyata keçirilən ekspedisiya zamanı 4 min 808 metr 72 santimetr olaraq ölçülən dağın zirvəsi son ölçmələrdə 4 min 807 metr 81 santimetr olaraq müəyyən olunub.
Ölçmələrlə əlaqədar açıqlama verən mütəxəssislər bildiriblər:
“Bu qısalmanı izah etmək iqlimşünasların, buzlaqşünasların və digər elm adamlarının səlahiyyətindədir”.
Mütəxəssislər Monblan zirvəsinin 2001 -ci ildən bəri davamlı olaraq qısaldığını və ildə orta hesabla 13 santimetr itirildiyini açıqlayıblar.
Zirvəsi qar və buzla örtülü olan Monblanın hündürlüyü buzlaqların əriməsinə görə dəyişir.