Dünən gecə Rusiya qırıcıları Suriyanın Palmira məntəqəsinin şimal şərqindəki bazaya zərbələr endirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bombardman nəticəsində 200-ə yaxın insan öldürülüb.

“Röyter” agentiliyi bildirib ki, Rusiya qırıcıları partlayıcı cihazlarla silah-sursat, avtomobillər və digər komponentlərə zərbələr endirib.

Rusiyanın zərbə endirdiyi bölgədə silahlı müxaliflərlə yanaşı mülki insanların da olduğu qeyd edilir. Hücumdan sonra bölgədə alov müşahidə olunub.