Çinin Sincan Uyğur Muxtar Bölgəsində baş verən 5,4 bal gücündə zəlzələ 3 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeratı təkanlar Bayçen rayonu ərazisində yerli vaxla səhər 5:14-də qeydə alınıb. Zəlzələ 65 evə zərər vurub. Dəmir yolu idarəsi zəlzələ bölgəsindən keçən bütün qatarların hərəkətini müvəqqəti dayandırıb.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.