İranın Şimali Xorasan əyalətinin Şoğan şəhərində 4 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, məlumatı Tehran Universiteti Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanın ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində itki və dağıntının olub-olmadığına dair açıqlama yayılmayıb.