Rusiyanın Monqolustanla sərhədində 5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerin 60 km dərinliyində baş verən yeraltı təkanların episentri Tıva Respublikasının Qızıl şəhərindən 195 km şimal-şərqdə olub.

Tələfar və dağıntılarla bağlı məlumat verilməyib.