Argentinanın Jijuy vilayətində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin ocağı San Antonio de los Kobres şəhərindən 44 kilometr məsafədə, 185 kilometr dərinlikdə yerləşir.

Ölən və dağıntılar barədə məlumat verilmir.