Rusiyanın İrkutsk vilayətində Moskva vaxtı ilə 00.45-də zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsinin intensivliyi 5-6 bal gücündə qiymətləndirilib.
Təbiət hadisəsinin episentri 7,6 bal olub.
Regional Baş İdarənin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Svetlana Kanina zəlzələnin bölgədə dağıntı olmadığını bildirib.
İrkutskda zəlzələdən sonra yüksək hazırlıq rejimi tətbiq olunub.