BAKI, 1 aprel. TELEQRAF

Qazaxıstanda fəaliyyət göstərən diaspor fəalı, Mangistau Azərbaycanlıları Assosiasiyasının üzvü Elmir Şahsuvarov Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Təşəkkürnaməsi ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Soydaşımız "Qazaxıstanın Yeni Konstitusiyası" layihəsi üzrə keçirilən referendumun hazırlanması və təşkili prosesində göstərdiyi fəallığa görə bu mükafata layiq görülüb. Təşəkkürnamədə onun bilik və peşəkarlığının ölkənin inkişafına töhfə verdiyi xüsusi vurğulanıb.