BAKI, 22 oktyabr. TELEQRAF
Ötən gün Bakıdan havaya qalxan Azərbaycan təyyarəsi Ermənistanın paytaxtı İrəvana eniş edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, sözügedən biznes təyyarə xüsusi reyslər üçün nəzərdə tutulub və bundan bir ədəddir.
Məsələ burasındadır ki, ötən gündən başlayaraq İrəvanda iki gün ərzində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirilir. Təyyarənin də məhz Azərbaycan nümayəndə heyətini daşıdığı istisna deyil.
Azərbaycan XİN məsələ ilə bağlı Teleqraf-ın sorğusunu şərh etmək istəməyib.