BAKI, 29 iyul. TELEQRAF
“Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qovlar Tovuz rayonunun şəhər inzibati ərazi dairəsində yerləşir. Milli Məclisin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilib, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilib.