BAKI, 29 iyul. TELEQRAF

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:

- Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.
- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.