BAKI, 28 iyul TELEQRAF

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar, həmçinin metallurqlar siyahıya əlavə olunub.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.