BAKI, 16 may. TELEQRAF
Mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, bu gün keçirilən toplantıda 100-dən artıq müraciət araşdırılıb.
Ə.Nuriyev əlavə edib ki, artıq Komissiya işini yekunlaşdırıb: “Əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahı yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacaq. Əlbəttə ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir".
Komissiyanın digər üzvü, Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, əfvlə bağlı sərəncam 28 May - Müstəqillik Günü ərəfəsində imzalana bilər: "Kifayət qədər insanın əfvi ilə bağlı prezidentə müraciət nəzərdə tutulur".
Bu, Komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı idi. Komissiyanın sonuncu iclası aprelin 23-də keçirilmişdi.
Xatırladaq ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
****
09:00
BAKI, 16 may. TELEQRAF
Bu gün - mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bu, komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı olacaq.
İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiya bu gün işini yekunlaşdıracaq və əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatacaq. Siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Kimləri əfv etmək dövlət başçısının səlahiyyətində olan məsələdir.
Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclas aprelin 23-də baş tutub.
Bu günə qədər komissiya 700-dən çox müraciətə baxıb.
Xatırladaq ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.