BAKI, 8 may. TELEQRAF
Nazirlər Kabineti Dövlətin satınalma öhdəliyi ilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddini təsdiq edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dövlətin satınalma öhdəliyi ilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği 30 milyon manat təsdiq olunub.