BAKI, 28 aprel. TELEQRAF
"Fövqəladə Hallar Nazirliyinin 20 illiyi" yubiley medalı təsis ediləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ mayın 1-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
"Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə iclasda müzakirə olunacaq.