Rusiyanın Krasnodar vilayətindən üç atlet “Bakı-2015” ilk Avropa Oyunlarının akrobatika gimnastikası yarışlarında iştirak hüququ qazanıb.
Teleqraf.com xəbər verir ki, idmanın bu növü üzrə Rusiyanın Odintsovo şəhərində keçirilən ölkə turnirində idmançılar medallarla yanaşı, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına vəsiqə uğrunda da mübarizə aparıblar.
Yarışda böyüklərin mübarizəsində Krasnodardan olan üç atlet - Yuliya Nikitina, Janna Parxomeç və Valeriya Belkina qızıl medallar qazanmaqla “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak hüququ əldə ediblər.