BAKI, 7 oktyabr. TELEQRAF

Ali Məhkəmənin Cinayət kollegiyası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinin təfsirinə dair mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır.

Teleqraf-ın xəbərinə görə, məhkum edilmiş şəxsə cəza təyini zamanı cinayət qanununun tətbiqi ilə əlaqədar ortaya çıxan mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmasına əsas yaranıb.

Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsinə müvafiq olaraq həmin məsələ üzrə kollegiyanın bütün hakimlərdən ibarət tərkibdə iclası 2025-ci il 31 oktyabr tarixə, saat 15:00-a təyin edilib.

Hüquq ictimaiyyətinin nümayəndələrindən əsaslandırılmış yanaşmalarını əks etdirən mülahizələri yazılı qaydada Ali Məhkəmənin Cinayət kollegiyasının elektron poçt ünvanına ([email protected]) təqdim etməyi xahiş olunur.