BAKI, 8 fevral. TELEQRAF

Kanadanın Nyumarket şəhərində dələduzluqda ittiham olunan iki tibb işçisi həbs edilib.

Teleqraf xəbər verir ki, ər-arvad olan Juvi Maputol və Loyd Maputol müxtəlif maliyyə qurumlarına müraciət edərək baxıcısı olduqları yaşlı kişinin bank hesabından təxminən 1 milyon dollar çıxarıblar.

Polisin verdiyi məlumata görə, Loyd tibb bacısı, Juvi onun yardımçısı olub.

Cütlük dələduzluq, oğurluq və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması da daxil olmaqla bir neçə cinayətdə ittiham edilir.