Bakıda avtomobillə azyaşlının ölümünə səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Anar Hacalıyev sərxoş vəziyyətdə avtomobil idarə edərkən yolun kənarında dayanan 12 yaşlı uşağı vurub. Hadisə nəticəsində azyaşlı ölüb.