Bu ilin fevral ayında Naxçıvan Beynəlxalq Hava Limanından Rusiya və Türkiyəyə daşınan sərnişinlərin sayı açıqlanıb.
APA-nın məlumatına görə, fevral ayında yerli hava xətti ilə 13 min 645 sərnişin, 227 min 429 kiloqram baqaj, 49 min 813 kiloqram yük və 4 min 571 kiloqram poçt daşınıb.
Fevralda beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqamətində 116 sərnişin, 2 min 338 kiloqram baqaj, Naxçıvan-İstanbul istiqamətində isə 434 sərnişin və 4 min 678 kiloqram baqaj daşınıb.