BAKI, 5 oktyabr. TELEQRAF
Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.
Teleqraf xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində qeyd olunub.
Nazir bildirib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.
"Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.
Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram", - nazir vurğulayıb.