BAKI, 4 avqust. TELEQRAF
“Akkreditasiya Şurasının qərarı hamıya məlumdur və Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proseslər davam edir. Ona görə də indiki mərhələdə hər hansı məsələləri şərh etməyin bir o qədər səmərəli olmadığını düşünürəm. İndi əsas məsələ tələbələrin təhsilini davam etdirməsi üçün işlərin tamamlanmasıdır”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
“Universitetin akademik heyətinin fəaliyyətinin davam etdirilməsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda isə biz prosesin ilkin mərhələsindəyik. Tələbələrin yalnız bir universitetə köçürülməsi mümkün olmayacaq”, - H.Həsənli vurğulayıb.